|
İlahiyyat İnstitutu: Azərbaycan dindarları radikal qrupların təhriklərinə heç vaxt əhəmiyyət verməyəcəklərAzərbaycan İlahiyyat İnstitutunun ilahiyyatçı alimləri Gəncədə baş verən terror hadisələrinə dair bəyanat yayıblar. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, İnstitutdan Islam.az-a verilən məlumata görə, bəyanat mətnində deyilir: "Radikal qüvvələrin Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yeri olan qədim Gəncə şəhərində törətdikləri terror əməllərini bütün ölkə ictimaiyyəti kimi biz ilahiyyatçı alimlər də qətiyyət və nifrətlə qınayır, şəhid polislərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirik. Günahsız yerə insan həyatına qəsd etməyin Allah qatında ən böyük günahlardan olduğu bütün səmavi dinlərin müqəddəs kitablarında öz əksini tapmışdır. İslam dininin əsas mənbəsi olan Müqəddəs Qurani-Kərimdə günahsız bir insanı öldürən bütün bəşəriyyəti öldürmüş hesab edilir. Peyğəmbərimiz (s), onun Əhli-beyti və səhabələri də bu əməlin ən böyük günahlardan biri olduğunu bildirmişlər. Bu baxımdan radikalların öz əmələrini din pərdəsi altında gizləməsi yolverilməz olmaqla yanaşı, dinimizin əsas prinsiplərinə də ziddir. İlahiyyatçı alimlər olaraq inanclı insanları dini duyğuları istismar edən, sabitlik və əmin-amanlıq adası olan ölkəmizi xaosa sürükləmək istəyən belə qruplara qarşı həssas olmağa çağırırıq. Əminik ki, ölkə dindarları radikal qrupların bir çox şərq ölkəsini necə məhv etiyini yaxşı dərk edir və onların təhriklərinə heç vaxt əhəmiyyət verməyəcəklər. Əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən dövlət-din münasibətlərinin Azərbaycan modeli dünyada bu sahədə nümunəvi modellərdən biridir. Din və dövlətin qarşılıqlı əməkdaşlığına əsaslanan bu modeldə dinə, dindarlara və dini dəyərlərə qayğı xüsusi yer tutur. Məhz bu qayğının nəticəsində çox sayda məscid və ziyarətgahlar dövlət vəsaiti hesabına inşa və ya təmir edilir, din xadimləri və dini icmalara maddi yardım göstərilir. Gəncədəki “İmamzadə” kompleksinin milyonlarla vəsait ayrılaraq dövlət hesabına əsaslı təmir edilməsi bunun ən bariz nümunələrindən biridir. Biz ilahiyyatçı alimlər olaraq bütövlükdə Azərbaycan ictimaiyyətini və xüsusən də inanclı insanları ölkədəki stabilliyi pozmağa, dövlət-din münasibətlərinə xələl gətirməyə çalışan destruktiv qüvvələrə qarşı mübarizədə dövlətçiliyimizin yanında olmağa, onlara qarşı öz kəskin mövqelərini bildirməyə çağırırıq".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 İyul, 2018 16:09 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |