|
|
Azərbaycanlı zəvvarların Həcc ziyarətinə gediş-gəliş tarixi dəyişdirilibBu il Azərbaycanlı zəvvarların Həcc ziyarətinə gediş-gəliş tarixi dəyişdirilib. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, azərbaycanlı zəvvarlar bu il avqustun 11, 12, 13, 14 və 15-də yola düşəcəklər. Zəvvarların dönüşü isə 1, 2, 3, 4 və 5 sentyabr tarixlərində baş tutacaq. Xatırladaq ki, buna qədər azərbaycanlı zəvvarların Həccə səfəri avqustu 14, 15 və 16-da, geri qayıdış isə sentyabrın 1, 2 və 3-ə planlaşdırılmışdı. Uçuşlar Azərbaycan Hava Yolları (AZAL) ilə həyata keçiriləcək. Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinin xərci 4150 dollardır. Azərbaycandan bu il 1170 zəvvarın səfər edəcəyi nəzərdə tutulub. Əvvəlki illərdən fərqli olaraq bu il iki növlü səfər xidməti yoxdur, yalnız bir növlüdür. Yaxın Şərqdə baş verən münaqişələr səbəbindən ziyarət yalnız təyyarə reysləri ilə təşkil olunur. Azərbaycanda Həcc ziyarətinin rəsmi təşkilatçısı Qafqaz Müsəlmanları İdarəsidir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 İyul, 2018 15:10 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |