|
İƏT Gənclər Forumu BMT - İƏT görüşündə iştirak edibMərakeş Krallığının paytaxtı Rabat şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatı (BMT) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 3 gün davam edən 14-cü sessiyası öz işini başa çatdırıb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzindən Trend-ə verilən məlumata əsasən, bu tədbirin əsas məqsədi həm BMT, həm də İƏT-ə bağlı təşkilatlar arasında mövcud olan əməkdaşlıq yollarını inkişaf etdirməkdir. Tədbir İSESCO-nun Rabatdakı baş qərargahında BMT və İƏT-ə üzv təşkilat rəhbərləri və nümayəndələrinin iştirakı ilə keçirilib. Görüşdə keçən dövr ərzində həyata keçirilmiş fəaliyyətlər müzakirə olunub, gələcək müştərək layihələr nəzərdən keçirilib. Tədbirdə Dialoq və Əməkdaşlıq uğrunda İƏT Gənclər Forumu nümayəndə heyəti də iştirak edib, İƏT Gənclər Forumunun sədri Elşad İskəndərovun iştirakçılara ünvanlanmış təşkilatın fəaliyyətini əks etdirən müraciəti tədbir iştirakçılarının diqqətinə çatdırılıb. 3 günlük görüşün nəticəsi olaraq qəbul olunan yekun qərarlarda BMT və İƏT strukturları arasında müştərək fəaliyyət proqramları çərçivəsində İƏT Gənclər Forumunun siyasi, iqtisadi və sosial sahələr üzrə təklif etdiyi bir sıra tədbirlər, o cümlədən bu ilin sentyabrında İordaniyada Beynəlxalq Gənclər Düşərgəsinin və Sudanda Afrika müsəlman Gənclər Forumunun keçirilməsi də öz əksini tapıb. Rabat sessiyası çərçivəsində İƏT Gənclər Forumu nümayəndə heyəti gələcək əməkdaşlıq yolları müzakirə etmək üçün BMT-nin üzv qurumlarının nümayəndələri ilə danışıqlar aparıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 İyul, 2018 10:17 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |