|
Terrora dini don geyindirmək cəhdi nəyə hesablanıb?Son bir neçə gün Azərbaycanda ciddi hadisələrbir birini əvəzlədi. Məlum enerji böhranı fonunda Gəncənin icra başçısı Elmar Vəliyevə də silahlı hücum oldu. İlk baxışdan dinə aid olmayan sonuncu məsələyə gözlənilmədən dini rənglər qatıldı. Belə ki, Vəliyevə atəş açan Yunis Səfərovun qatı dindar olduğu və əslində icra başçısına şəxsi ədavət zəminində hücuym etmədiyi iddia olundu. Bəzi qüvvələr bəyan etdilər ki, bəs Yunis imam Hüseynin (ə) qisasını almaq üçün bu addımı atıb.Ahlibeyt.az-ın verdiyi xəbərə görə, İslam.az saytı bu məsələ ilə bağlı bəzi məqamlara toxunub: Əvvəla İslam heç zaman terrorçuların din pərdəsi altında etdiklərini qəbul etməyib və dəstəkləməyib. Hər dövrdə, hər ictimai quruluşda və istənilən şəxsə qarşı. Ən son nümunə isə İŞİD fitnəsidir. Düzdür, bu şeytani hərəkatı İslama birləşdirmək istəyənlər çox idi və indi də çoxdur (xüsusən də qeyri-müsəlmanlar). Amma İslamın heç bir cərəyanı bu anti-bəşəri qurumu müsəlman birliyi kimi tanımadı. İkincisi, Yunis Səfərova “din təəssübkeşi” statusu vermək təşəbbüsü yenə də, bəzi digər oxşar hadisələrdə olduğu kimi, xaricdən qaynaqlandı. Ayrı-ayrı adamlar fürsətdən istifadə etmək qərarına gəldilər və hərəkətə keçdilər. Xaricdə oturub ölkədə ən xırda anlaşılmazlığı fitnə alovunu şölələndirmək üçün istifadə etməyə hazır olanlar repertuarlarına sadiq qaldılar. Çox maraqlı sual yaranır: nə üçün bu terror məhz indi, ölkədə belə gərgin vəziyyət meydaha gəldiyi dönəmdə törədildi? Nə əvvəl, nə sonra? Bəlkə məqsəd elə gərginliyi artırmaq, cəmiyyətdə təlatüm yaratmaq idi? Bəlkə müəyyən qüvvələr şiə cameəsindən yenə məkirli planları üçün istifadə etmək istəyirdilər? Üçüncüsü isə, terrorçuya “mücahid” statusu vermək cəhdlərinə xaricdə deyil, vətənində yaşayan dindarların sosial şəbəkələrdə verdikləri reaksiya idi. Böyük əksəriyyət belə cəhdləri qınadı, bəziləri isə lap konkret ünvanı göstərməklə quşu gözündən vurdular. Bəlli oldu ki, Azərbaycan dindarı kifayət qədər bəsirətlidir. Artıq xaricdə oturub burdakı camaatı təxribata sürükləmək səyləri elə ilk cəhddəcə ifşa olunur və fiaskoya uğrayır. Hamı anlayır ki, xaricdən buraları qarışdırmaq istəyənləri burdakı cammat və din maraqlandırmır, qətiyyən. Allaha şükür olsun, artıq insanlarımızın gözü açıqdır və bu cür təxribatlar elə beşiyindəcə boğulmağa məhkumdur. Mənbə: İslam.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 İyul, 2018 14:21 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |