|
|
Mənəvi Dəyərlərin Təbliği Fondunda ilahiyyatçılarla görüş keçirilibMənəvi Dəyərlərin Təbliği Fondunda ilahiyyatçılarla görüş keçirilib. Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, icraçı direktorun müavini Ceyhun Əliyev və bir sıra tanınmış ilahiyyatçılar iştirak ediblər. Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə, Fondun icraçı direktoru Mehman İsmayılov tədbiri giriş sözü ilə açaraq fondun yaradılması, fəaliyyəti, gördüyü işlər və keçirdiyi tədbirlər haqqında məlumat verib. Bildirib ki, fondun əsas fəaliyyəti əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli-mənəvi dəyərlərin təbliği siyasətinin davam etdirilməsidir. İcraçı direktor bu siyasətin inkişaf etdirilməsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi önəm verdiyini diqqətə çatdırıb. M.İsmayılov dövlət-din münasibətlərinin tənzimlənməsi və dini maarifləndirmə sahəsində fond tərəfindən keçirilməsi planlaşdırılan layihələr haqqında da danışıb. Tədbirdə iştirak edən natiqlər dövlət-din münasibətləri sahəsində görülən işlər, eləcə də ölkəmizdə mövcud olan tolerantlıq və multikulturalizm mühitindən bəhs ediblər. Geniş fikir mübadiləsinin aparıldığı görüşdə ilahiyyatçılar, eyni zamanda fondun səmərəli fəaliyyəti ilə bağlı təkliflərini səsləndiriblər. Sonda Mənəvi Dəyərlərin Təbliği Fondunun tərkibində mənəvi dəyərlərin təbliği üzrə Məşvərətçi Komitənin yaradılması qərara alınıb. Qeyd edək ki, Məşvərətçi Komitənin fəaliyyətinə Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təklif və tövsiyələr vermək, qurumun maarifləndirmə və sosial xarakterli tədbirlərində iştirak etmək, eləcə də fondun fəaliyyətinə uyğun olaraq mənəvi sahədə elmi-sosial araşdırmaların aparılması və sorğuların keçirilməsinə yardım etmək və s. daxildir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 İyul, 2018 13:33 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |