إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Ay tutulması” hadisəsini müşahidə etmək mümkün olacaq - Ayət namazı qılınmalıdır

İyulun 27-dən 28-nə keçən gecə "Ay tutulması" və “Bədrlənmiş Mars” adlandırılan ecazkar təbiət hadisəsi baş verəcək

Ahlibeyt.az-ın məlumatına görə, Azərbaycan Mili Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, "Ay tutulması" Bakı vaxtı ilə saat 22:24:27-də başlayıb, saat 00:21:44-də maksimumda olacaq və saat 02:19:00-da sona çatacaq.

Direktor müavininin sözlərinə görə, Ay tutulması Azərbaycan ərazisində tam müşahidə olunacaq və həmin tarixdə Mars-Yer qarşıdurması hadisəsi də baş verəcək.

X. Mikayılov qeyd edib ki, Ay tutulması Yerin ekvatorial zonasında baş verəcək: “Bu Ay tutulması mərkəzi tutulma adlanır. Yəni, Ay kölgənin mərkəzindən keçəcək”.

Qeyd edək ki, 2018-ci ildə ilk Ay tutulması 31 yanvarda baş verib.

Həmçinin İyulun 27-də nadir astronomik hadisələrdən hesab edilən “Bədrlənmiş Mars” adlandırılan ecazkar təbiət hadisəsini müşahidə etmək mükün olacaq.

15 il ərzində ilk dəfə olaraq Yer kürəsinə maksimal məsafədə (55,7 mln. km) yaxınlaşacaq Mars planetinin üzərində astronomik müşahidələr aparmaq üçün əlverişli şərait yaranacaq.

Mars və Yerin növbəti yaxınlaşmasının 2035-ci ilin sentyabr ayının 15-nə təsadüf etməsi gözlənilir. Bu il isə bu yaxınlaşma Ay tutulmasıyla tam üst-üstə düşür. 1 saat 44 dəqiqə davam edəcək bu təbiət fenomeni 100 ilin ən uzunmüddətli Ay tutulması olacaq.

Qeyd edək ki, Ay və Günəş tutulmaları müşahidə edilən ərazilərdə İslam dininin şəriət qaydalarına uyğun olaraq ayət namazı qılınır.Bu barədə saytımızda əlavə olaraq məlumat veriləcək

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 İyul, 2018  11:40 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!