|
İranın mədəniyyət və islami irşad naziri Bibiheybət məscid kompleksində olub - FotoAzərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehinin başçılıq etdiyi nümayəndə heyəti Bibiheybət məscid kompleksini ziyarət edib. Ahlibeyt.az-ın Qafqaz Müsəlmanları İdarəsinin((QMİ) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Bibiheybət məscidinin axundu, QMİ Qazılar Şurasının üzvü Hacı Rahib Babayev iranlı qonaqlara məscidin tarixi barədə ətraflı məlumat verib.Axund bildirib ki, məscid XIII əsrdə yeddinci imam Museyi-Kazımın qızı Həkimə xanımın məzarı üzərində inşa edilib: "Ötən əsrin əvvəllərində Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir çox dini abidələr kimi Bibiheybət məscidi də repressiyaya məruz qalıb, Allahsız rejimin qərarı ilə 1936-cı ildə məscid dağıdılıb. Azərbaycan ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra Bibiheybət məscidi bərpa olunaraq dindarların ixtiyarına verilib." Axund Hacı Rahib Babayev bu dini-tarixi abidənin yenidən bərpa edilməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olduğunu nümayəndə heyətinin diqqətinə çatdırıb, prezident İlham Əliyevin diqqət və qayğısı ilə kompleksdə yenidənqurma işləri aparıldığını qeyd edib.Bildirib ki, son illər İran da daxil olmaqla müsəlman ölkələrindən minlərlə dindar Bibiheybət məscid kompleksini ziyarət edib. İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi burada görülən işləri yüksək qiymətləndirib. Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 İyun, 2018 11:47 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |