|
“Məhəmməd: Allahın elçisi” filmi Bakıda təqdim olunacaqDünya şöhrətli İran rejissoru Məcid Məcidinin “Məhəmməd: Allahın elçisi” filmi iyunun 28-də Bakıda təqdim olunacaq. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, film Azərbaycanda İran Mədəniyyəti Günləri çərçivəsində Nizami Kino Mərkəzində nümayiş olunacaq. Mədəniyyət Nazirliyindən APA-ya bildirilib ki, təqdimat mərasimində rejissor özü də iştirak edəcək, daha sonra azərbaycanlı kino xadimləri ilə görüş keçirəcək. 2015-ci ildə istehsal olunmuş ekran əsəri VII əsrdə Məkkədə Məhəmməd peyğəmbərin uşaqlıq və ilk gənclik dövrü ilə bağlı hadisələri əhatə edir. “Məhəmməd: Allahın elçisi” İran kino tarixində ən yüksək büdcəli filmdir. Qeyd edək ki, İran Mədəniyyəti Günləri 27 iyun - 1 iyul tarixləri əhatə edəcək. Azərbaycan Mədəniyyət Nazirliyinin ev sahibliyi ilə Bakı və Gəncə şəhərlərində mədəni toplantı və mərasimlərin keçirilməsi nəzərdə tutulub. İran incəsənət ustalarının iştirakı ilə konsertlərin, sərgilərin keçirilməsi, film və teatr tamaşalarının nümayişi də planlaşdırılır. İran milli orkestri də ilk dəfə olaraq Bakıda çıxış edəcək. Mədəniyyət Günləri məqsədlə İranın mədəniyyət və islami irşad naziri, doktor Seyid Abbas Salehinin başçılığı altında İranın tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət geniş tərkibli nümayəndə heyəti Azərbaycana gələcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 İyun, 2018 16:26 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |