إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Qurani-Kərimdə qadının məqamı” adlı toplantı keçirilib

İran paytaxtı Tehranda keçitirlən 26-cı beynəlxalq Qurani-Kərim sərgisinin konfrans zalında iranlı və xarici elm adamlarının iştirakı ilə "Qurani-Kərimdə qadının məqamı" adlı toplantı təşkil olunub.

Ahlibeyt.az-ın İQNA-ya istinadən məlumatına görə, konfransa vebinar qoşulan Livanlı alim və "Seyyidətul-Nisail-Aləmin (s) fondu"nun nümayəndəsi Əməl Qəttan Qurani-Kərimdə qadının məqamı barədə danışarkən Peyğəmbərin (s) məşhur "cənnət anaların ayaqları altındadır" hədisini şərh edərək qadının ictimai məsuliyyətlərinin ağırlığına işarə etmişdir.

Ə.Qəttan çıxışı zamanı bildirmişdir: !Analar sağlam övladlar tərbiyə etməklə qüdrətli və sağlam cəmiyyət yaradırlar. Buna görə də Qurani-Kərim müxtəlif yerlərdə ananın və qadının bir çox ictimai məsuliyyətindən danışır və qadının ailə və cəmiyyətdəki ülvü məqamını vurğulayır"

Konfransın davamında Tehranın "Şahid universiteti"nin elmi heyətinin üzvü və İslam elmləri üzrə araşdırmaçı İslamşünas  alim, xanım Dr. Lalə İftixari "Qurani-Kərimdə qadının hüquqları və məsuliyyətləri" barədə çıxışı zamanı bildirib:

"Hüquq bir sıra "olmalı"lardır ki, hər bir fərd ondan faydalanır. Amma məsuliyyət o şeydir ki, insan onun qarşısında cavabdehdir. Müqəddəs şəriət qadına hüquq verdiyi kimi bir sıra məsuliyyətləri də onun öhdəsinə qoymuşdur. Qurani-Kərim qadına fərdi, ictimai və ailəvi hüquqlar vermişdir.Bu hüquqlara görə qadının bir sıra məsuliyyətləri də vardır ki, onların qarşısında cavabdehlik daşıyır.

Qurani-Kərim baxımından (Zümər/39) qadın və kişi yaradılış və nəsil artımı baxımından bərabərdirlər. Həmçinin İslamda kişi və qadın iqtisadi qazanc baxımından da bərabərdirlər.Həmçinin  qadının müstəqil iqtisadi hüquqları vardır.

Qurani-Kərimin buyurduğuna görə, ailə həyatı mənəvi və psixoloji sakitliyin əldə edilməsi üçündür və qadın kişinin cinsi ehtiyaclarını təmin etmək üçün yaradılmayıb, əslində həm qadın və həm də kişi bu müştərək həyata ehtiyaclıdır.

İslam qadın və kişiyə namaz, oruc, xüms, zəkat kimi bir çox ibadi məsələlərdə və həmçinin öz taleyini təyin etmək, elm öyrənmək, savab qazanmaq və dərrakə kimi nemətlərdə də bərabərlik vermişdir."

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 İyun, 2018  15:26 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!