|
|
Azərbaycanda ilahiyyat İnstitutuna bina ayrılıbAzərbaycan İlahiyyat İnstitutuna "20 Yanvar" metro stansiyası yaxınlığında bina ayrılıb. Ahlibeyt.az-ın Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. M.Qurbanlı qeyd edib ki, instituta gələcəkdə şəhərdən kənarda yer ayrılacaq və kampus tikiləcək: "Bu il İlahiyyat İnstitutuna dinşünaslıq və islamşünaslıq ixtisasları üzrə qəbul elan edilib. Ümumilikdə 60 tələbə qəbul olunacaq. İlahiyyat İnstitutuna birləşdirilən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində hazırda oxuyan tələbələr də nəzərə alınsa, təxminən 100 tələbə olacaq. Bu tələbələr üçün isə hazırda ayrılan bina yetərlidir". O əlavə edib ki, gələcəkdə institutda xristianlıq, yəhudilik və digər dinlərlə bağlı ixtisaslar da yaradılacaq. Komitə sədri deyib ki, İlahiyyat İnstitutuna yaxın vaxtlarda rektor təyin ediləcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 May, 2018 10:40 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |