|
Ziyarətgahlar diyarı - Laçının işğalından 26 il ötdü - Foto18 may - Azərbaycanın Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 26 il keçir. Artıq iyirmi beş ildir ki, 70 mindən artıq laçınlı respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq, məcburi köçkünlük həyatı yaşayır. 1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal edib. Qeyd edək ki, rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsi ilə daxil olub. Bir şəhər, bir qəsəbə, 125 kənd mövcud olmuş, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərib. Erməni işğalı nəticəsində 13745 yaşayış evi qarət edilərək yandırılmış, rayon ərazisindəki 54 dünya, 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr erməni vandalizminə məruz qalmış, ictimai və şəxsi təsərrüfatlarda olan 25 min başdan çox iri və 200 min başdan çox xırda buynuzlu heyvan qarət olunub. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7.1 milyard ABŞ dollarından çox ziyan dəyib, 58736 (01.01.2012-ci il tarixə 71.3 min nəfər) nəfər laçınlı öz doğma torpağından didərgin düşüb. İşğal altında qalan laçın torpaqlarında qalan onlarla məscid ziyarətgahların bir çoxunun yalnız yaddaşlarda qalan adları haqda məlumat əldə etmək mümkündür Tarixi-dini abidələri “Hacı İbrahim ağa” Ziyarətgahı (Laçın rayonu, Piçənis kəndi) “Seyid Cabbar ağa” Ziyarətgahı (Laçın rayonu, Molla Əhmədli kəndi) “Seyid Fərman ağa” Ziyarətgahı (Laçın rayonu, Minkənd kəndi) “Seyid Sadıq ağa” Ziyarətgahı (Qara Seyid) (Laçın rayonu, Qovuşuq kəndi)
Tarixi memarlıq abidələri
Alı Xəlifə ocağı Laçın rayonu Böyük Seyidlər kəndində yerləşir. Alı Xəlifə Qarabağın ən nüfuzlu ağsaqqallarından, ağır seyidlərdən biri idi. Ağa Böyük Seyidlər kəndində rəhmətə gedib. Sərdabəsi kənd qəbiristanlığındadır. Onun müqəddəs məzarı Qarabağ camaatının ən ulu səcdəgahlarından biridir. Seyid Hüseyn ağa ziyarətgahı Laçın rayonu Böyük Seyidlər kəndində yerləşirdi. Seyid Hüseyn ağa cəddinin müqəddəsliyini qoruyub saxlayaraq insanların rəğbətini qazanmış və onların ziyarətgahına çevrilmişdi. Ağanın evinə və ocağına olan inamın müqabilində külli miqdarda nəzir gələr, o isə nəzirin bir hissəsini onların özünə qaytarır, digər hissəsini isə fağır-füğaraya paylayardı. Güllü qəbir piri Laçın rayonu Böyük Seyidlər kəndində yerləşirdi. Hacı İbrahim ağa Qarabağın adlı-sanlı seyidlərindən olan Xudavəndə Xəlifənin nəvəsi idi. Hacı seyid İbrahim ağanın məzarı Seyidlər kəndinin qəbiristanlığındadır və ağır ziyarətgahlardan sayılır. Ağanın ocağında qızılgül bitmişdi. Elə ona görə də məzarına "Güllü qəbir" deyirlər. Təəssüf ki,bu tarixi abidələrin bir çoxunun fotosunu əldə etmək mümkün deyil Məlik-Əjdər türbəsi
Azərbaycanın Laçın rayonunun Qarqışlaq kəndi ərazisində yerləşən qədim alban məbədi
Laçın rayonunun Pircahançay üzərində yerləşən Məşədi Mehralı körpüsü.
Azərbaycanın Laçın rayonu ərazisində yerləşən qədim alban məbəd
Quşçu kəndində XII-XIII əsrə aid Pir
Laçın rayonunun Hüsülü kəndinin ərazisində yerləşən Həmzə Sultan sarayı.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 May, 2018 10:20 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |