|
|
Din xadimləri onlara verilən maddi dəstəyi almağa başlayıblarAzərbaycan məscidlərində fəaliyyət göstərən din xadimləri onlara verilən maddi dəstəyi almağa başlayıblar. Ahlibeyt.az-ın “Report”a istinadən məlumatına görə, artıq Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi və məscidlərdə çalışan imam, imam naibləri və mütəvəllilərə bank kartları paylanılıb. Məlumata görə, ayrılan maddi yardım din xadimlərinin bank hesabına köçürülüb. Qeyd edək ki, Azərbaycanda imamlar hər ay 400 manatdan yuxarı, imam naibləri 300-dən yuxarı, mütəvəlliləri isə 220-250 manat arası maddi dəstək alacaq. Maddi yardım ümumilikdə 1000-dən çox din xadimini əhatə edəcək. Xatırladaq ki, 2018-ci il üzrə ayrılan vəsait 10 ay üçün nəzərdə tutulduğundan din xadimləri ilə müqavilə də bu müddətə bağlanıb və dekabr ayında başa çatacaq. Gələcəkdə müqavilənin müddəti uzadıla bilər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 May, 2018 17:00 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |