|
|
Qafqaz Müsəlmanları İdarəsində Türkiyənin Əziz Mahmud Hudayi Vəqfinin fəxri sədri ilə görüş olubQafqaz Müsəlmanları İdarəsində (QMİ) Türkiyənin Əziz Mahmud Hudayi Vəqfinin fəxri sədri Osman Nuri Topbaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Ahlibeyt.az-ın azərtac-a istinadən məlumatına görə, QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan və Türkiyə xalqları arasındakı tarixi, dini-mənəvi əlaqələrdən söhbət açıb. Bu əlaqələrin ölkələrimizin siyasi, iqtisadi sahələrdə inkişafına təkan verdiyini vurğulayan şeyxülislam Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar üçün yaradılan bərabər şərait, dini abidələrin tikinti və bərpa işlərinə dövlət səviyyəsində göstərilən qayğı barədə məlumat verib. Sovet dövründə Azərbaycanda dinin sıxışdırıldığını, məscidlərin sayının o qədər də çox olmadığını deyən QMİ-nin sədri bildirib ki, müstəqillik illərində ölkəmizdə xeyli sayda məscid tikilərək istifadəyə verilib. Bütün bunlar ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində mümkün olub. Allahşükür Paşazadə böyük maarifpərvər insan, dini-fəlsəfi görüşləri ilə İslam dünyasında tanınan, ehtiramla qəbul olunan Osman Nuri Topbaşın ölkəmizə hər səfərinin maraqla qarşılandığını, onun elmi-dini fəaliyyətinin yüksək qiymətləndirildiyini deyib. Görüş çərçivəsində Osman Nuri Topbaşın “Məktəbi-Aləm: Kainat, Quran və İnsan” kitabının təqdimatı da olub. Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti Salman Musayev, sədrin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli, sədrin müavini Qəmərxanım Cavadlı və başqaları çıxış edərək Osman Nuri Topbaşın yaradıcılığını yüksək qiymətləndirib, kitabın əhəmiyyətindən söz açıblar. Sonda Osman Nuri Topbaş çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib, kitab haqqında məlumat verib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 May, 2018 15:00 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |