|
|
Naxçıvanda İƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin iştirakı ilə tədbir keçiriləcək"Bu il iyunun 20-də Naxçıvan şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin mədəniyyət nazirlərinin iştirakı ilə "Naxçıvan, İslam Mədəniyyətinin Paytaxtı-2018" adlı tədbirin açılış mərasimi keçiriləcək". Ahlibeyt.az-ın İslam.az-a istinadən məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dəkkə şəhərində keşirilən İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasında çıxışı zamanı deyib. "Azərbaycan bütün dünyada İslam dəyərlərini təşviq etmək üçün ardıcıl işləyərək Fransanın məşhur Luvr muzeyində İslam İncəsənəti Bölməsinin təşkilinə fəal şəkildə töhfə vermiş və Vatikanda sərgisi nümayiş edilən ilk müsəlman ölkəsi olub. 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan edilib. 2018-ci ildə daha bir qədim Azərbaycan şəhəri olan Naxçıvan bu fəxri ada layiq görülüb", - E.Məmmədyarova əlavə edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 May, 2018 10:00 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |