|
|
İlahiyyat İnstitutuna 60 nəfər qəbul ediləcək və təhsil ödənişsiz olacaq"Azərbaycan İlahiyyat İnstitutu hələlik Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin nəzdində fəaliyyət göstərəcək". Ahlibeyt.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. Dövlət Komitəsi sədrinin sözlərinə görə, növbəti mərhələdə Azərbaycan İlahiyyat İnstitunu üçün ayrıca binanın ayrılması, yaxud da kampusun inşa edilməsi nəzərdə tutulub. Azərbaycan İlahiyyat İnstitutunda təhsilin ödənişsiz olacağını vurğulayan M. Qurbanlı qeyd edib ki, ilkin mərhələdə instituta 2 fakültə üzrə 60 nəfər qəbul ediləcək. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 May, 2018 12:40 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |