إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Fatimeyi-Zəhra” (s.ə) məscidinə yeni axund təyin olunub, bəzi məsələlərə aydınlıq gətirildi - ƏTRAFLI

Yeni Günəşli qəsəbəsində yerləşən Fatimeyi-Zəhra (s.ə) məscidində bu gün cümə xütbəsi edilməyib

Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə görə, Yeni Günəşli qəsəbəsində yerləşən Fatimeyi-Zəhra (s.ə) məscidində bu gün cümə xütbəsi edilməyib. Buna səbəb ötən həftədən məscidin axundu, ilahiyyatçı Hacı Ramil Bədəlovun naməlum səbəblərdən məscidin axundluğundan imtina etməsi olub.

Bundan sonra sosial şəbəkələrdə və islami camiədə müxtəlif fikirlər səsləndirilib. Hacı Ramil Bədəlov isə açıqlama verməyib.

Bu gün isə, məsciddə cümə xütbəsi olunmayıb və məscidin dini icmasının Fatimeyi-Zəhra (s.ə) məscidinin icmasının sədri İlqar Abdullayev çıxış edib.

O çıxışında bəzi mətləblərə açıqlama verib.

"Bu gün müəyyən səbəblərə görə cümə xütbəsi edilməyəcək. Sadəcə son zamanlarda məlum məsələlərlə bağlı hamının narahatçılığını nəzərə alıb, bir-iki dəqiqəlik açıqlamanı, çıxış etməyi özümüzə borc bilirik. Əziz qardaşlar, hamınız biləsiniz ki, əziz qardaşımız Hacı Ramil özü öz istəyilə bu məsciddə fəaliyyətinə son qydu. Bu məsələlərlə bağlı bu (red: məsciddəki fəaliyyətini dayandırmaq) özünün şəxsi qərarıdır.", -deyə  İlqar Abdullayev bildirib.

İlqar Abdullayev bildirib ki,  bu mövzular sosial şəbəkələrdə müzakirəyə çıxarılır və müxtəlif fikirlər, iddialar səsləndirilir. Lakin bunun ən geniş açıqlaması Hacı Ramil Bədəlov verə bilər.

"İnşəllah özü məsləhət bilər, nə vaxtsa açıqlama verər, verməz də onun öz işidir. Bu məscidin tarixçəsini çox gözəl bilirsiz. Belə məqamlarda bəzən sui-istifadə edənlər var. Hətta bu məsciddən də anlaşılmamazlıqdan istifadə edənlər olsun. Məscidin içində müzakirələr etməyək, olmaz. Çünki məscidin içi müzakirə yeri deyil. Bu müzakirələrdən kimlərsə istifadə edib, məscidin özünə ziyan vura bilər. Biz burdayıq, kim istəyər , məsciddən qıraqda bu məsələləri müzakirəyə hazırıq. Xahiş edirik məscidin içində müzakirə etməyək, hamı məscidin tikilib hazır olmasını istəyir.", -deyə  İlqar Abdullayev əlavə edib.

O məscidin sənədləşmə və tikinti işlərinin da qaydaya düşməsini bildirərək, ötən həftə Hacı Ramil Bədəlovun yerinə, QMİ təmsilçisi Mircəfər Əyyubovun gəlməsinə də aydınlıq gətirib: "Hacı Ramil qardaş gedəndən sonra, məscidə QMİ tərəfindənn müvəqqəti axund təyin edilməliydi. Mircəfər ağa özü Təzə Pirdə axunddur, onun burda axund olmasına ehtiyac yoxdur. Bu məsələlərdə də, sosial şəbəkələrdə anlaşılmamazlıqlara yol verilir. Bir nəfər həbs olunanda, ya özü vəkil tutur, ya da dövlət özü vəkil təyin edir. Bu məsələ təxminən bu cürdür (Mircəfər Əyyubovun təyin edilməsi). Məscidin öz axundu olmadığı təqdirdə, QMİ-nin vəzifəsidir ki, özü axundla təmin etsin. Lakin hamınızın tanıdığınız, bu məsciddə fəaliyyəti olan Hacı Surxay Əhmədovun axundluğunu irəli sürmüşük, aidiyyətli qurumlara, xüsusilə Qafqaz Müsəlmanlar İdarəsinə sizin xahişlərinizi nəzərə alıb, çox güman gələn həftədən Hacı Surxayın imamətliyi ilə fəaliyyət davam edəcək."

Məscidin keçmiş axundu Ramil Bədəlov

 

Hacı Surxay Əhmədov bu gündən "Fatimeyi Zəhra" məscidinin yeni axundu

 

Fatimeyi-Zəhra (s.ə) məscidinin icmasının sədri İlqar Abdullayev

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Aprel, 2018  17:13 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!