|
|
Bakıda İƏT Gənclər və İdman nazirlərinin 4-cü sessiyası başa çatdı - FOTOBu gün Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatı ölkələri Gənclər və İdman Nazirləri konfransının 4-cü sessiyası öz işini başa çatdırıb. Ahlibeyt.az-ın Trend-ə istinadən məlumatına görə, Gənclər və İdman nazirliyinin ev sahibliyi ilə həyata keçirilən tədbir İslam Əməkdaşlıq Təşkilatı, Dialoq və Əməkdaşlıq üzrə İslam Konfransı Gənclər Forumu (İƏT Gənclər Forumu) və İslam Həmrəyliyi və İdman Federasiyasının (İƏT İdman Federasiyası) birgə təşkilatçılığı ilə baş tutub. İki gün davam edən konfransda İƏT gənclər strategiyası, ortaq gənclər fəaliyyəti və idman üzrə qətnamələr, konfransın yekun hesabatı, nazirlər görüşünün növbəti 5-ci sessiyanın tarixi və yerinin müəyyən olunması ilə bağlı qərar, eləcə də yekun Bakı Bəyannaməsi müzakirə olunaraq qəbul edilib. Bakı tədbirinin özəl cəhətlərindən biri İƏT tarixində ilk dəfə olaraq bu arealda konrket sahələr, - təhsil, elm, məşğulluq, biznes və s. üzrə gənclərin inkişafına xidmət edəcək gənclər strategiyası, eləcə də bu quruma üzv olan ölkələrin gənclik siyasəti sahəsində fəaliyyətini əlaqələndirəcək ortaq gənclər siyasətinin qəbul edilməsidir. 2025-ci ilədək dövrü əhatə edəcək bu fəaliyyət planları İƏT ölkələrində gənclərlə bağlı ən əhatəli plandır. Hazırki sənədlərin qəbulu Azərbaycanın İƏT ölkələrinin gənclər siyasəti sahəsinə verdiyi önəmli töhfələrdən biri hesab olunur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Aprel, 2018 16:40 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |