|
|
Maaş alacaq din xadimlərinin siyahısı Mənəvi Dəyərlərin Təbliği Fonduna təqdim edilib"Maddi dəstək alacaq din xadimlərinin siyahısı Mənəvi Dəyərlərin Təbliği Fonduna təqdim edilib". Ahlibeyt.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlmasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin səlahiyyətlərini icra edən Mübariz Qurbanlı deyib. O bildirib ki, hazırda fond bu məsələ üzərində işləyir: "Siyahı dəqiqləşdirilir, fondla Qafqaz Müsəlmanları İdarəsi bu istiqamətdə fəaliyyət göstərir. Himayəçilər Şurası da bu məsələni müzakirə edib". M.Qurbanlı qeyd edib ki, yaxın vaxtlarda həmin maddi dəstəklər məscidlərdə çalışan din xadimlərinə veriləcək: "Fondun vəsaiti yalnız dövlətdən deyil, həm də müxtəlif növ ianələrdən də əldə olunacaq. Dəstək din xadiminin tutduğu vəzifəyə görə fərqli olacaq. Daha çox əmək haqqını imam alacaq. Naxçıvan Muxtar Respublikasında çalışan din xadimlərinə də fonddan maddi dəstək veriləcək".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Aprel, 2018 16:21 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |