|
Bakıda İƏT-in gənclər və idman nazirləri konfransının IV sessiyası keçirilirBakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri gənclər və idman nazirləri konfransının IV sessiyası keçirilir. Ahlibeyt.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, tədbir Azərbaycan Gənclər və İdman Nazirliyinin ev sahibliyi, İslam Əməkdaşlıq Təşkilatı, Dialoq və Əməkdaşlıq üzrə İslam Konfransı Gənclər Forumu (İƏT Gənclər Forumu) və İslam Həmrəyliyi və İdman Federasiyasının (İƏT İdman Federasiyası) birgə təşkilatçılığı ilə keçirilir. Sessiya "Qurani-Kərim"dən ayələrin oxunuşu ilə başlayıb. Sessiyanın əvvəlki Nazirlər Toplantısına rəhbərlik etmiş Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak konfransda sədrliyin Azərbaycana keçdiyini elan edib. Bundan sonra İƏT gənclər və idman nazirləri konfransının növbəti 2 il üçün sədrliyi Azərbaycanın gənclər və idman nazirinin səlahiyyətlərini icra edən Azad Rəhimova təqdim olunub. A. Rəhimov bildirib ki, Azərbaycan İƏT-lə əməkdaşlığa böyük önəm verir: "Azərbaycan İslam ölkələrində gənclərin inkişafı üçün əlindən gələn bütün tədbirləri əsirgəmir. Biz həm də dövlətlərarası əməkdaşlıqda gənclərin rolu ilə bağlı müxtəlif tədbirlər keçiririk. 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi ili" elan olunub və elə həmin il ölkədə IV İslam Həmrəyliyi Oyunları keçirilib". Toplantıda 40-a yaxın İƏT ölkəsini təmsil edən nümayəndə heyətlərində gənclər və idman üzrə nazirlər, dövlət agentliyi və komitə sədrləri, eləcə də aparıcı beynəlxalq təşkilat nümayəndələri iştirak edir. Tədbir zamanı İƏT gənclər strategiyası, gənclər fəaliyyəti və idman üzrə qətnamələr, nazirlər görüşünün növbəti V sessiyasının tarixi və yerinin müəyyən olunması ilə bağlı qərarın və yekun Bakı bəyannaməsinin qəbul edilməsi gözlənilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Aprel, 2018 13:20 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |