|
Azərbaycan XİN: Ermənistan rəhbərliyi ölkəsinin özünütəcrid vəziyyətində olduğunu etiraf edirErmənistan rəhbərliyi ölkəsinin özünütəcrid vəziyyətində olduğunu etiraf edir. Ahlibeyt.az-ın məlumatına görə, bunu SalamNews-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Rusiyanın "İzvestiya" qəzetinə verdiyi müsahibəni şərh edərkən bildirib. H.Hacıyev qeyd edib ki, hakimiyyətdə olduğu müddətdə dövlətin inkişafı və xalqın rifahının yaxşılaşması ilə bağlı heç bir nəticəsi olmayan Ermənistan rəhbərliyi, görünür, qarşıdan gələn hakimiyyət dəyişikliyi ərəfəsində müsahibələr və propaqanda vasitəsilə bunu kompensasiya etməyə çalışır: "Son 10 il ərzində Ermənistanın xarici borcu sürətlə artaraq 7 milyard ABŞ dolları həcminə yaxınlaşır. Bu rəqəm də milli qanunvericilikdə xarici borcun ümumdaxili məhsula nisbətində qoyulmuş həddi aşıb. İşsizlik yüksək həddə olaraq 18.9%, yoxsulluq isə 32% təşkil edir. Reallıqda isə bu rəqəmlər daha yüksəkdir. Ölkə demoqrafik böhran şəraitindədir. Bu real sosial-iqtisadi mənzərinin fonunda hansısa iqtisadi inkişafdan danışmaq yalnız xülyadır". XİN rəsmisi bildirib ki, müsahibədə Ermənistan rəhbərliyi ölkəsinin özünü təcrid vəziyyətində olmasını və regional nəqliyyat layihələrinə çıxışının olmadığını etiraf edir: "Azərbaycana qarşı yürütdüyü təcavüz və işğal siyasətinə və digər qonşu dövlətlərə qarşı ərazi iddialarına görə Ermənistan bu gün geosiyasi və geoiqtisadi baxımdan özünütəcrid vəziyyətindədir. Ermənistan BMT Nizamnaməsi əsasında üzərinə götürdüyü öhdəliklərinə zidd olaraq, Azərbaycana qarşı gücdən istifadə edərək Azərbaycanın suveren ərazilərinin 20 faizini işğal edib və işğal olunmuş ərazilərdə yaşayan köklü Azərbaycan əhalisinə qarşı etnik təmizləmə törədib". H.Hacıyev vurğulayıb ki, işğala məruz qaldığı halda, işğalçı dövlətlə danışıqlar aparmaq Azərbaycan tərəfindən nümayiş etdirilən ən böyük güzəştdir: "Münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmalıdır. 2016-cı ilin aprel döyüşləri bir daha göstərdi ki, işğal faktının və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun davam etməsi regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqda davam edir". O əlavə edib ki, Ermənistanın düşdüyü geosiyasi və geoiqtisadi təcrid vəziyyətindən yeganə çıxış yolu Azərbaycana qarşı işğala son qoyması, qonşu dövlətlərlə sivil münasibətlər qurmasıdır: "Əks təqdirdə, Ermənistanın sosial-iqtisadi və demoqrafik vəziyyətinin daha da ağırlaşması qaçılmazdır, iqtisadi və sosial qanunauyğunluqdur. Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk edərsə, bir o qədər tez Ermənistan əhalisi üçün yaxşı olar".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Aprel, 2018 10:00 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |