|
“Saflığa doğru” adlı tədbir keçirilib"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılğı ilə "Saflığa doğru” adlı tədbir keçirilib. Tədbirdə Bakıda fəaliyyət göstərən ictimai fəal xanımlar iştirak edib. Ahlibeyt.az-ın İslam.az-a istinadən məlumatına görə, tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, mənəvi dəyərlərimizin mühafizə olunması həm də milli dirçəlişimizin inkişafı deməkdir: "Unutmamalıyıq ki, vətən uğrunda şəhadətə qovuşanların aldığı dərs mənəvi dəyərlərimizdən keçib. Ən çox sevindirici hal onadan ibarətdir ki, bu gün ölkəmizdə milli və mənəvi irsimizin əsl himayəçisi Azərbaycan dövlətidir. Seçkilərdən sonra prezident İlham Əliyevin yenidən inşa olunan məşhur Hacı Cavad məscidinin açılışını etməsi bunun sübutudur”. S. Əzimbəyli qeyd edib ki, birlik və bərabərliyimizi, əbədi qardaşlığımızı pozmağa yönələn yad təsirlərdən mühafizə olunmağımızın bir yolu da mənəvi saflığımızın qorunmasından keçir. Onun sözlərinə görə, həqiqi mənəviyyat adamı dini və milli kimliyə sahib olan əsl ölkə vətəndaşıdır. Tədbirdə "Yeni Üfüq” İctimai Birliyinin sədr müavini, filologiya üzrə fəlsəfə elmləri doktoru Xanım Qasımova isə mövzu ətrafına çıxış edərək ədəbi klassiklərimizin yaradıcılığında mənəvi saflığın, nəfsin, şükürün rolundan ayrıca bəhs etdiklərini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Sonda müqəddəs vətən şəhidlərinin əziz ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Aprel, 2018 13:25 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |