|
MSK prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb: İlham Əliyev seçicilərin 86 faizinin səsini qazanıbAprelin 11-də keçirilən prezident seçkilərində 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsindən 5 min 201 seçki məntəqəsi, yəni seçki məntəqələrinin 92,2 faizi hesabat verib.
Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bunu bu gün keçirilən mətbuat konfransında bildirib.
MSK sədri deyib ki, 3 milyon 959 min 553 bülletendən 3 milyon 723 min 278 bülleten sayılıb. Beləliklə, emal olunmuş bülletenlərə əsasən İlham Əliyev 86 faiz, Qüdrət Həsənquliyev 3,04 faiz, Sərdar Cəlaloğlu 3,02 faiz, Zahid Oruc 3,11 faiz, Hafiz Hacıyev 1,51 faiz, Araz Əlizadə 1,39 faiz, Fərəc Quliyev 1,18 faiz və Razi Nurullayev 0, 75 faiz səs toplayıb.
Qeyd edək ki, prezident seçkilərində seçici siyahılarında olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 553 nəfəri səs verib, seçici fəallığı 74,51 faiz olub.
Xatırladaq ki, MSK bundan əvvəl 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsindən 3675 məntəqə, yəni məntəqələrin 65 faizi üzrə daxil olan məlumatlara əsasən seçkilərin ilkin nəticələrini elan edib. Sayılmış 2 milyon 667 min 220 bülletenə əsasən İlham Əliyev 86,09 faiz, Qüdrət Həsənquliyev 3,4 faiz, Sərdar Cəlaloğlu 2,97 faiz, Zahid Oruc 3, 07 faiz, Hafiz Hacıyev 1,51 faiz, Araz Əlizadə 1,4 faiz, Fərəc Quliyev 1,18 faiz və Razi Nurullayev 0, 74 faiz səs toplayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Aprel, 2018 10:00 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |