|
|
Prezident: “Azərbaycan ərazilərinin işğalı dayandırılmalıdır, yalnız bundan sonra regiona sülh gələ bilər""Qoşulmama Hərəkatı dünyada sülhün qorunmasında mühüm rol oynayır”. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında bildirib. Dövlət başçısı deyib ki, Azərbaycan bu hərəkatın yeni üzvüdür: “2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv qəbul olunub. Qoşulmama Hərəkatının üzvləri Azərbaycana BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilərkən dəstək veriblər. Qoşulmama Hərəkatının üzvlərinə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərinə görə təşəkkür edirik. İyirmi ildən çoxdur ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır. Dünya qəbul edir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, etnik təmizləmə aparılıb. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törədib. Dünyanın bir sıra ölkələri bu soyqırımı tanıyıb. Xocalı soyqırımı insanlığa qarşı bir cinayət idi”. Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının tamhüquqlu üzvüdür. 2019-cu ildə Azərbaycan Qoşulmama hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək. 2019-2022-ci illər ərzində isə Qoşulmama hərəkatına sədrlik edəcək. Qoşulmama hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama hərəkatı yanında müşahidəçi statusuna malikdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Aprel, 2018 10:20 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |