|
Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi keçirilirBu gün Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçirilir. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, konfransa 800-dən artıq iştirakçı qatılıb. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və Qoşulmama Hərəkatının xarici işlər nazirləri konfransının sədri Venesuelanın xarici işlər naziri Xorxe Arreaza çıxış edib. Daha sonra Qoşulmama hərəkatı 17-ci nazirlər konfransına sədr seçiləcək. Konfransda həmçinin Türkiyə, İran, Şimali Koreya, Əfqanıstan, Hindistan, Fələstin, Ekvador kimi ölkələrin xarici işlər nazirləri, BMT Baş Assambleyasının sədri Miroslav Layçak da iştirak edir. Nazirlər toplantısı iki gün davam edəcək. Konfransın yekununda Bakı Bəyannaməsi qəbul olunacaq. Beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir. Azərbaycan Respublikası 2011-ci ildə Balidə keçirilmiş XVI Nazirlər Konfransında Hərəkata qoşulub. 2019-cu ildə Azərbaycan Respublikası Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək. 2019-2022-ci illər ərzində Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrlik edəcək. Qeyd edək ki, Nazirlər konfransına hazırlıq məqsədilə aprelin 3-4-də yüksək vəzifəli məmurlar səviyyəsində iclas keçirilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Aprel, 2018 10:00 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |