|
Bakıda Qoşulmama Hərəkatı üzv dövlətlərinin iclası keçirilirAprelin 3-də Bakıda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransına hazırlıq məqsədilə yüksək vəzifəli məmurlar səviyyəsində iclas işə başlayıb. Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, tədbiri açan Venesuelanın xarici işlər nazirinin müavini Ruben Dario Molina Qoşulmama Hərəkatının üzv ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə verdiyini, onun insan hüquqları, sülh və təhlükəsizliyin təşviq edilməsi üçün toplaşma yeri olduğunu deyib. O bildirib ki, Qoşulmama Hərəkatının prinsipləri və niyyətləri üzv ölkələrin sabit inkişafına yardım edir. Qoşulmama Hərəkatı hansısa tərəfin hegemonluğuna və digər ölkələrin sabitliyinə olan hücumlara qarşıdır. “Biz birlikdə inkişaf edir və sülhə doğru irəliləyirik. Biz Qoşulmama Hərəkatını multikultural hərəkat da adlandıra bilərik. Ölkələri narahat edən problemlərin aradan qaldırılması üçün Hərəkat yaxşı imkanlar yaradır”, - deyə nazir müavini qeyd edib. Azərbaycanı görüşdə ölkəmizin BMT yanındakı daimi nümayəndəsi Yaşar Əliyev təmsil edir. Yaşar Əliyev Qoşulmama Hərəkatı ilə bağlı Bakı Bəyannaməsinin gündəliyində qlobal, regional, regionlararası, siyasi məsələlərin, habelə insan hüquqlarının inkişafı kimi məsələlərin müzakirə olunacağını bildirib. O, Azərbaycanın Qoşulmama Hərəkatının prinsipləri ilə bağlı dəyərləri və konstruktiv müqavilələri dəstəklədiyini deyib. Əlavə edib ki, yekun Bakı Bəyannaməsi həmrəylik prinsipləri əsasında qəbul ediləcək. Daimi nümayəndə qeyd edib ki, Qoşulmama Hərəkatı regional, sosial məsələlərin, eləcə də qarşılıqlı maraq doğuran məsələlərin həllində mühüm rol oynayır. Yekun layihə sənədləri həmrəylik, qarşılıqlı anlaşma prinsiplərini özündə ehtiva edir. Qoşulmama Hərəkatı bir çox ölkələri narahat edən sosial və digər yönümlü məsələlərin həllinə öz töhfəsini verəcək. Xatırladaq ki, aprelin 5-6-da Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçiriləcək. Nazirlər Konfransında Qoşulmama Hərəkatında iştirak edən, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri, ümumilikdə 800-dən artıq şəxs iştirak edəcək. Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir. Azərbaycan Respublikası 2011-ci ildə Balidə keçirilmiş XVI Nazirlər Konfransında Hərəkata qoşulub. 2019-cu ildə Azərbaycan Respublikası Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək. 2019-2022-ci illər ərzində Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrlik edəcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Aprel, 2018 10:44 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |