|
Azərbaycan Tarix Muzeyində saxlanılan “Qafqaz İslam Ordusunun” şərəfinə hazırlanan ipək parçaMilli Azərbaycan Tarixi Muzeyində Cümhuriyyət dövrünü əks etdirən eksponat qorunub saxlanılır. Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən məlumatına görə, Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiysı Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid materiallarla zəngindir. Muzeyin Silahlar və bayraqlar fondunda Cümhuriyyət tarixini əks etdirən unikal bir eksponat mövcuddur. Bu, ipək parça üzərində türk əsgərlərinin şəkillərinin və hərbi atributların təsvir olunduğu eksponatdır. Təsvirli parça Qafqaz İslam Ordusunun əsgərlərinin şərəfinə hazırlanıb. Parçanın üzərində “Evladi-şühəda məa ülüvvi izzə. Ləin şaşaaha alə sirri-keys-didar”. (Şəhid övladları uca şərəflə birlikdədir. Vallah onların parlaqlığı ilahi idrak sirrinin də üzərindədir) sözləri yazılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Mart, 2018 10:18 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |