|
"Hacı Cavad” məscidi bu il istifadəyə veriləcək"Artıq "Hacı Cavad” məscidinin tikintisi başa çatıb". Ajlibeyt.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. M. Qurbanlı bu il “Hacı Cavad” məscidinin açılışının olacağını qeyd edib. Azərbaycan İlahiyyat İnstitutu ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı fərmana toxunan komitə sədri bildirib ki,məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Nazirlər Kabinetinin müvafiq şöbələri lazımi tədbirləri həyata keçirib". Onun sözlərinə görə, institutla bağlı müvafiq sifarişlər verilib, qəbul olunacaq tələbələrin sayı, ixtisaslar müəyyənləşib: "Lakin hələlik İlahiyyat İnstitutu üçün yer ayrılması məsələsi açıq qalıb. Ümid edirəm ki, yaxın vaxtlarda bu məsələ də həllini tapacaq. Əgər bu il görülən işlər davamlı olarsa, bina məsələsi həllini taparsa, İlahiyyat İnstitutuna qəbul həyata keçiriləcək". Xatırladaq ki,2017-ci ilin iyun ayında Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülüb, həmin rayonun ərazisində yeni ünvanda, Abbas Mirzə Şərifzadə küçəsində tikilməsinə qərar verilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Mart, 2018 11:42 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |