إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Allahşükür Paşazadə: Ermənilər tarixən Azərbaycan torpaqlarına yiyələnmək istəyib

"Ermənistan adında təcavüzkar qonşumuz hələ XIX əsrin əvvəllərindən bizim torpaqlarımıza göz dikib. Ermənilərin havadarları da daim onlara kömək edib".

Ahlibeyt.az-ın "Report"a istinadən məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı keçirilən tədbirdə deyib.Azərbaycandakı dini konfessiya rəhbərləri "31 mart Azərbaycanlıların soyqırımı" günü ilə əlaqədar  dünyanın dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara müraciət ediblər.

Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Alban-Udi xristian icmasının sədri Robert Mobili imzalayıblar.

Tədbirdə çıxış edən QMİ sədri Allahşükür Paşazadə bildirib ki, Azərbaycan torpaqlarında ermənilər dəfələrlə soyqırımlar törədib: "Onların arxasında dayanan qüvvələrin kimlikləri hər kəsə məlumdur. Bu gün də həmin havadarlar öz köməyini davam etdirir. Bu gün də ermənilərin gözü doymur".

QMİ sədri qeyd edib ki, ermənilər özlərini həmişə yazıq kimi göstərirlər: "Bəziləri də elə düşünür ki, onlar soyqırıma məruz qalıblar. Halbuki ermənilərin günahsız insanlarımıza qarşı törətdikləri vəhşiliklər heç vaxt yaddan çıxmaz. Dünyada xristianları müsəlmanlara qarşı qoymaq planları var. Çünki ermənilərin arxasında məhz xristian dövlətləri durur".

Tədbirdə çıxış edən DQİDK sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş vəhşiliklərin tarixi çox əvvələ gedir. Lakin Azərbaycan müstəqillik əldə edəndən sonra həqiqətləri üzə çıxara bildi.

O qeyd edib ki, həqiqətlər mütəmadi olaraq dünya ictimaiyyətinə çatdırılmasa, baş verənlər unudulub gedər: "Ermənilərin törətdiyi vəhşilikləri bir çox dillərdə dünyaya çatdırmaq işində gənclərin üzərinə böyük iş düşür. Düşmənlə bizim müharibəmiz bitməyib. Çünki üz-üzə olduğumuz müddətdə daim onları hər sahədə üstələməliyik".

M.Qurbanlı əlavə edib ki, bir çox beynəlxalq sənədlərdə Ermənistanın işğalçı dövlət olması öz əksini tapıb: "Heç bir ölkə işğal olunan torpaqları onların ərazisi kimi tanımır. Bu da bizim uğurumuzdur. Ermənilərin istəkləri baş tutmur və tutmayacaq. İnsanlığa qarşı törədilən vəhşiliklərdə heç bir dini mənsubiyyət nəzərə alınmırdı. Onlar məhz azərbaycanlı olduqlarına görə bizim xalqa işgəncə verib öldürürdü".

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Mart, 2018  14:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!