|
|
Hacı Cavad məscidinin tikintisi başa çatıb - FotolentBakının Yasamal rayonu ərazisində inşa olunan Hacı Cavad məscidinin tikintisi başa çatıb. Ahlibeyt.az-ın “Report”a istinadla verdiyi xəbərə görə, A.M.Şərifzadə küçəsində yerləşən ibadət ocağında son tamamlama işləri görülür. Mart ayının sonunadək qalan işlərin yekunlaşdırılaraq məscidin təhvil verilməsi nəzərdə tutulur. Prezident İlham Əliyevin tapşırığına əsasən tikilən Hacı Cavad məscidi bir gümbəzli, bir minarəlidir. Minarənin hündürlüyü 29 metr 80 santimetrdir. Məscidin öz hündürlüyü isə 18 metrdir. Köhnə məsciddən fərqli olaraq, yeni məsciddə idarə binası da inşa edilib. Məscid ümumilikdə 14 sot ərazidə inşa olunub, ibadət kompleksinin sahəsi isə 400 kv metrdir. Məscidddə eyni vaxta 550-600 insan ibadət edə biləcək. Birinci mərtəbə kişilər, ikinci mərtəbə qadınların ibadəti üçün nəzərdə tutulub. Əsas hissədə gümbəz, yan hissədə kişi və qadınlar üçün dəstəmaz otaqları inşa edilib..
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Mart, 2018 12:11 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |