|
|
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmalar arasında müsabiqə elan edirAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” imzaladığı Sərəncama əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə dair Tədbirlər Planı” təsdiq olunub.
Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə, sözügedən Tədbirlər Planında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi(DQİDK) tərəfindən dini icmaların üzvləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı məqalə müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.
Bu məqsədlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmaların üzvləri arasında “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda məqalə müsabiqəsi elan edir.
1.Müsabiqənin şərtləri
- Məqalə mövzuya uyğun olmalıdır;
- Müsabiqə elan olunduqdan sonra məqalələr qəzet, informasiya agentlikləri və ya xəbər saytlarında dərc edilməlidir;
- Məqalənin həcmi 8 000 (səkkiz min) işarədən artıq olmamalıdır (1,5 aralıq məsafə ilə təxminən 3-4 A4 formatlı vərəq həcmində);
- Yazılar qəzetdə dərc olunarsa: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Dövlət Komitəsinə təqdim edilməlidir;
- Elektron media resursunda yayımlanarsa: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) çap olunmalı və link əlavə edilərək Dövlət Komitəsinə təqdim olunmalıdır.
2. Mükafat
I yer – 500 AZN
II yer – 400 AZN
III yer – 300 AZN
Hər biri 100 manat olmaqla üç həvəsləndirici mükafat
3. Müsabiqənin müddəti: Məqalələr 27 mart – 17 aprel 2018-ci il tarixlərində təqdim edilməlidir.
Ünvan: Bakı şəhəri, Əhməd Cavad küç., 12
Əlaqə telefonları: (012) 492 65 23 / (012) 497 09 88
E-mail: redaksiya@scwra.gov.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Mart, 2018 10:21 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |