|
Xalqımızı Novruz bayramı münasibəti ilə təbrik edirik"Bu bayram hər bir ailəyə bol sevinc və ruzi-bərəkət bəxş eləsin, Hamınızın əziz Novruz bayramınız mübarək olsun!” Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycan da bu gün Novruz bayramını qeyd edir. Novruz bahar gecə-gündüz bərabərliyidir.Bir Orta Asiya,Şərqi Sibir, İran, Azərbaycan, Əfqanistan, Pakistan və digər ölkələrdə məskunlaşmış bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. "Novruz" sözü fars dilindən tərcümədə “yeni gün” deməkdir. Onun yazılışı və ifadəsi müxtəlif ölkələrdə fərqlidir-Novruz, Navruz, Nuruz, Nevruz, Naurız, Nooruz və s. Azərbaycanda da bu bayram böyük təntənə ilə qeyd olunur. Bu münasibətlə bütün ölkə ərazisində bayram tədbirləri keçirilir. 2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında 21 mart Beynəlxalq Novruz Günü elan edilib. Qeyd edək ki, bahar fəsli Azərbaycana bu il martın 20-də, Bakı vaxtı ilə saat 20:15:30-da qədəm qoyacaq.Martın 19-u Azərbaycanda bayram axşamı, martın 20-i isə bayram günü hesab olunur. Ahlibeyt.az redaksiyası bütün oxucularını və həmvətənlərini Novruz bayramı münasibətilə təbrik edir.Sizlərə və yaxınlarınıza bayram əhval-ruhiyyəsi, cansağlığı, xoşbəxtlik, müvəffəqiyyət,Allah məhəbbəti və bu yolda sabit qədəmlər diləyirik! Əziz oxucular! Ahlibeyt.az olaraq sizləri Novruz bayramı münasibəti ilə təbrik edir. Sizə və yaxınlarınıza xoşbəxtlik, səadət, əmin-amanlıq diləyirik.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Mart, 2018 11:04 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |