|
Tarix İnstitutu: “Ermənilər Şimali Azərbaycana “Türkmənçay”ın şərtlərinə əsasən köçürülüb”Martın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. Ahlibeyt.az-ın məlumatına görə,Tarix İnstitutundan Salamnews-a verilən məlumata əsasən, Elmi Şurada “Türkmənçay müqaviləsi və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” məsələsi müzakirə edilib. Tədbiri giriş sözü ilə açan institut direktoru, akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan xalqı terrora, soyqırımlarına və deportasiyalara ən çox məruz qalmış xalqlardan biridir: “200 ildir ki, xalqımız faciələrlə dolu bir tarix yaşayır. Bu qanlı tarix ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə başlayıb”. “1828-ci il Türkmənçay müqaviləsinin 15-ci maddəsi və 1829-cu il Ədirnə müqaviləsi ilə ermənilərin Osmanlı imperiyası və Qacarlar İranından köçürülməsinin əsası qoyuldu. Erməni köçlərini bütün yol boyunca çar Rusiyasının mühafizə dəstələri müşayiət edir, onlara adambaşına pul və ərzaq paylanır, köç üçün nəqliyyat ayrılır, ən münbit Azərbaycan torpaqları onlara verilir və bütün vergilərdən azad olunurdular. Maraqlı və təkzibolunmaz tarixi faktlardan biri budur ki, tanınmış rus rəssamı Maşkov 1828-ci ildə ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinə ayrıca rəsm əsəri həsr edib”, - deyə Yaqub Mahmudov qeyd edib. Akademik bildirib: “Çar Rusiyası XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarında yeni bir etnos - erməni etnosunu məskunlaşdırdı. Ermənilər bura I Pyotrun göstərişindən sonra Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən köçürülmüş etnosdur. Ermənilər nəinki Cənubi Qafqaza, ümumiyyətlə, Asiya qitəsinə köçüb gəlmə əhalidir. Ermənilərin gəlmə olduğunu mənbələr və “tarixin atası” Herodot təsdiq edir”. İnstitut direktorunun sözlərinə görə, Osmanlı imperiyası və Qacarlar İranının bəzi dairələri ermənilərin Cənubi Qafqaza köçürülməsinə etiraz ediblər. Xatırladaq ki, tanınmış rus tədqiqatçısı Şavrov ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini araşdırdıqdan sonra 1911-ci ildə yazırdı: “Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz köçürüb gətirmişik”. Tarixçi alimlər Kərim Şükürov, Hacı Həsənov, Ənvər Məmmədov, Elçin Qarayev, Vidadi Umudlu, Ramil Niftəliyev, Zeynəb Qafarova, Sahibə Budaqova və başqaları çıxış edərək bildiriblər ki, ermənilər Cənubi Qafqaza gətirilmə etnosdur və bugünkü Ermənistan Respublikası Azərbaycanın tarixi torpaqlarında yaradılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Mart, 2018 10:48 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |