|
Dini ekstremist cinayətkar birliyin iki üzvü məhv edilibDövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən davam etdirilən əməliyyat tədbirləri zamanı beynəlxalq terror təşkilatının tabeliyində Məmmədov Sabir Ərulla oğlu və digərlərindən ibarət “Xaçmaz camaatı” adı altında yaradılmış dini ekstremist cinayətkar birliyin paralel terror-təxribat əməllərinə hazırlıq hərəkətləri müəyyən edilib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, DTX-nin ictimai əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28-ci, 214.2.1-ci, 214.2.3-cü (terrorçuluğa hazırlıq), 218.2-ci (cinayətkar birlikdə iştirak etmə) maddələri ilə başlanılan cinayət işi üzrə təxirəsalınmaz kompleks əməliyyat tədbirləri keçirilib. Martın 6-da cinayətkar birliyin üzvlərindən Məmmədov Sabir Ərulla oğlu və Səlimov Tərlan Səfər oğlunun Xaçmaz rayonu ərazisində tərksilah olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələri üzrə keçirilən əməliyyat tədbirləri zamanı, onlar təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq odlu silahdan atəş açıb və silahlı müqavimət göstəriblər. Əməliyyat qrupu tərəfindən cavab tədbiri görülüb, xidməti silahdan istifadə olunmaqla S.Məmmədov və T.Səlimov məhv ediliblər. Hadisə yerindən kustar üsulla hazırlanmış partlayıcı qurğu və partlayıcı maddələr, müxtəlif təyinatlı silah-sursat aşkar edilərək götürülüb. Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Mart, 2018 10:12 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |