|
Xanım Fatimeyi-Zəhra(s.ə) haqqında yeni kitab çapdan çıxıbOxucular Məhəmməd Peyğəmbərin (s) sevimli qızı Fatimeyi-Zəhra (s.ə.) haqqında daha bir maraqlı kitab əldə etmək imkanı qazanıblar. Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumatına görə, Abdullah Əbdüləziz əl-Haşiminin "Fatimeyi-Zəhra. (Doğumunun əvvəlindən şəhadətindən sonraya qədər)" kitabı Azərbaycan dilində çapdan çıxıb. Əsəri AMEA Rəyasət Heyəti İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin aparıcı mütəxəssisi Hilal Ağamoğlanov tərcümə edib. 368 səhifəlik nəşrdə "Tarixdə qadının yeri", "Zəhranın (s.ə.) nuru məxluqlar yaradılmazdan əvvəl mövcud idi", "Fatimeyi-Zəhranın (s.ə.) mübarək doğumu", "Həyat yoldaşı Əli (ə) ilə birgə həyatı", "Zahidliyi, əxlaqı,ibadəti,elmi..." kimi 39 fəsil yer alıb və oxuculara hər fəslin yarımbaşlıqları altında Peyğəmbər (s) övladının məziyyətləri çatdırılır. Bildirək ki, Fatimeyi-Zəhra haqqında zəngin məlumatlar əks olunan kitab Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi ilə "Nurlar" nəşriyyatında çap olunub. ![]() Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Mart, 2018 10:00 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |