|
|
Azərbaycanda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcəkXocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar paytaxtın Xətai rayonunda yerləşən “Ana harayı” abidə kompleksinin yerləşdiyi park-xiyabanda yenidənqurma və hazırlıq işləri yekunlaşıb. Ahlibeyt.az-ın Salamnews-a istinadən məluatına görə, hazırlanan tədbirlər planına əsasən parkda müxtəlif naxış formalarında, ümumilikdə, 100 mindən çox gül və bəzək kolları əkilib. Hər il olduğu kimi, bu il də fevralın 26-da minlərlə insanın ziyarət yerinə çevriləcək Xocalı parkı və ətrafı milli memarlıq nümunələrini özündə əks etdirən üzlük daşlı məhəccərlərlə əhatə olunub. Parkın ətrafındakı yaşayış binalarının və inzibati obyektlərin fasadlarında Xocalı faciəsini əks etdirən fotobanerlərin quraşdırılması işləri də başa çatıb. Anım günü ziyarətçilərin gediş-gəlişini təmin etmək məqsədilə parkın ətrafında da abadlıq işləri həyata keçirilib. Hər il fevralın 26-da Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir. Faciə qurbanlarının xatirəsini anmaq üçün “Ana harayı” abidəsinə ziyarətçi axını artıq başlayıb. Ziyarətə ilk gələnlər müxtəlif təhsil müəssisələrinin müəllim və şagird kollektivləri, əllərində bayraq tutan balacalardır. Ziyarətə gələnlər arasında əcnəbi ölkələrin vətəndaşları da var. Xatırladaq ki, Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planına uyğun olaraq, fevralın 26-da saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, soyqırımı günü ilə əlaqədar respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində dövlət bayraqları endiriləcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Fevral, 2018 12:12 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |