|
Dövlət Komitəsi Cocuq Mərcanlı məscidinə kitablar hədiyyə edibDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQİDK) sədri Mübariz Qurbanlı Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində olub. Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə, Dövlət Komitəsinin sədri Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ilə birgə əvvəlcə Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib. Daha sonra Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Komitənin əməkdaşları, həmçinin bir qrup din xadimi Prezident İlham Əliyevin göstərişi ilə Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məscidə gəlib, burada respublikamızın ərazi bütövlüyü uğrunda həlak olanların ruhuna dua oxuyublar. Komitə sədri dindarlarla söhbətində Cocuq Mərcanlıda Şuşa şəhərindəki Gövhər ağa məscidinin eynisinin tikilməsini Prezidentin dinə olan münasibətinin bariz nümunəsi kimi qiymətləndirib. Qeyd edib ki, işğaldan azad olunmuş Cocuq Mərcanlıda Şuşa məscidinin eynisinin tikilməsi rəmzi məna daşıyır. Cocuq Mərcanlı kəndi kimi digər işğal olunmuş torpaqlarımızı da azad ediləcək, Qarabağda olan bütün abidə və ibadət yerlərimiz bərpa olunacaq. Məscidə Dövlət Komitəsi tərəfindən nəşr edilən kitablar hədiyyə edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Fevral, 2018 11:10 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |