|
Cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri keçirilibFevralın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə təşkilatçılığı ilə 2, 9 və 17 saylı cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri keçirilib. Ahlibeyt.az-ın dövlət komitəsinin mətbuat xidmətinə istinadən məlumatına görə,tədbirlərdə DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin məsul əməkdaşları, eləcə də AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Elvüsal Məmmədov iştirak ediblər. DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov dini radikalizmin yaranması səbəblərindən, onun yaratdığı fəsadlardan, ölkəmizdə dini radikalizmə qarşı aparılan mübarizədən danışıb. O, ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib, dövlət tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində aparılan siyasətdən danışıb. AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Elvüsal Məmmədov çıxışında ölkəmizdə hökm sürən dinlərarası tolerantlıq mühiti haqqında danışıb. Bildirib ki, Azərbaycanda dünyaya nümunə ola biləcək dinlərarası tolerantlıq mövcuddur. O, həmçinin ölkəmizin müsəlman ölkələri arasında həmrəyliyə verdiyi töhfələrdən bəhs edib. 17 saylı cəzaçəkmə müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini Namiq Qocayev dini radikalizmə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edərək bildirib ki, bu tədbirlər məhbusların dini radikalizm və ekstremizmə qarşı maarifləndirilməsində mühüm rol oynayır. Dini radikalizm və ekstremizmə qarşı məzhəblərarası vəhdətin əhəmiyyətindən danışan N.Qocayev bu baxımdan ölkəmizin nümunə ola biləcəyini qeyd edib. Penitensiar Xidmətin Tərbiyə işinin təşkili İdarəsinin böyük inspektoru Ramin Osmanov İslamın sülh dini olduğunu, terrora heç bir aidiyyatı olmadığını bildirib. O, Azərbaycanın tolerant ölkə olduğunu diqqətə çatdırıb. Cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri davam etdirilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Fevral, 2018 10:27 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |