|
Xocalı soyqırımı ilə bağlı əmr imzalandıBakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə” əmr imzalanıb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,İdarədən XəzərXəbər-ə verilən məlumata əsasən, müvafiq əmrlə təsdiqlənmiş "Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”nda "Xocalıya gedən yol” mövzusunda mühazirə, toplantı, "dəyirmi masa”, xüsusi dərs, məşğələ və konfransların təşkili nəzərdə tutulur. Bundan əlavə, "Xocalı faciəsi uşaq yaradıcılığında” mövzusunda bədii qiraət gecələri, məktəblilərin esse və inşa yazılarının təqdimatı, əl işlərindən ibarət sərgiləri təşkil olunacaq. "Xocalı harayı” mövzusunda ədəbi-bədii kompozisiyalar təşkil olunacaq, sənədli və bədii filmlər nümayiş ediləcək. Xocalı soyqırımından bəhs edən, elmi kitabların və nəşrlərin sərgisi, divar qəzetləri, bülleten, fotostendlər və guşələr hazırlanacaq. Təhsil müəssisələrinin internet resurslarına Xocalı soyqırımını əks etdirən materiallar yerləşdiriləcək, keçirilən tədbirlər kütləvi informasiya vasitələri və televiziya kanallarında işıqlandırılacaq. Eyni zamanda, təhsil müəssisələrinin müəllim və şagird kollektivi soyqırım şahidləri ilə görüşəcək, "Ana fəryadı” abidəsini ziyarət edəcəklər. Ümumi təhsil müəssisələrində tədbirlərin keçirilməsi ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədlərinə xidmət edir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Fevral, 2018 13:17 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |