|
|
DQİDK yanında İctimai Şura üzvləri müəyyən olunub29 yanvar 2018-ci il tarixində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib. Ahlibeyt.az-ın dovlət komitəsinin mətbuat xidmətinə istinadən məlumatına görə,Seçki prosesinin sonunda seçki qutusu açılıb və səslər Seçki Komissiyasının üzvlərinin iştirakı ilə müşahidəçilərin nəzarəti altında hesablanıb. Səsvermənin nəticələrinə əsasən aşağıda adları qeyd edilmiş QHT təmsilçiləri Komitə yanında İctimai Şuranın üzvü seçiliblər: Siyahını təqdim edirik: 1.Nəriman Qasım oğlu Qasımzadə – Din və Demokratiya Mərkəzi İctimai Birliyinin sədri; 2.Əliməmməd Mali oğlu Nuriyev – Konstitusiya Araşdırmalar Fondunun rəhbəri; 3.Solmaz Baba qızı Əmirova – “Aydınlığa Doğru” İctimai Birliyinin sədri; 4.Sevinc Yadulla qızı Əzimbəyli – Yeni Üfüq İctimai Birliyinin sədri; 5.Rəna Rza qızı Mirzəzadə – Gender və İnsan Hüquqi Araşdırmalar Birliyinin sədri; 6.Asim Nazim oğlu Vəliyev – Gənclərin Töhfəsi İctimai Birliyinin sədri; 7.Fəxrəddin Nazim oğlu Həsənzadə – Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyinin sədri. Qeyd edək ki, İctimai Şura Dövlət Komitəsinin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, Komitə ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, onun fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi kimi məqsədlərin həyata keçirilməsi istiqamətlərində fəaliyyət göstərəcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Yanvar, 2018 10:50 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |