|
|
Cocuq Mərcanlı məscidi dini icması maarifləndirici tədbir keçiribDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icması tərəfindən “Azərbaycan gənci: millilik, qazilik, şəhidlik” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib. Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə,tədbirdə məscidin dini icma sədri və imam cüməsi Elman Piriyev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehdixan Zeynalov, ilk I dərəcəli “Əmək” ordeni ilə təltif edilmiş Oqtay Həziyev, Cocuq Mərcanlı kənd məktəbinin direktoru Zamin Həziyev, dini icma sədri Elman Piriyev, müəllimlər və icma üzvləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan dini icma sədri və imam cüməsi Elman Piriyev qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Şuşa məscidinin oxşarı olan ilk məscid Cocuq Mərcanlıda tikilib və bu hadisə Azərbaycan Prezidentinin Cocuq Mərcanlıya göstərdiyi diqqət və qayğı ilə yanaşı, həm də dövlətin dinə olan diqqət və qayğısının təzahürüdür. Bildirib ki, Azərbaycan ordusunun aprel döyüşlərində göstərdiyi şücaət və qəhrəmanlıq bizim qürur yerimizdir və gənclərimiz üçün vətənpərvərlik nümunəsidir. DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehdixan Zeynalov məruzəsində dövlətin gənclər siyasətini və onlara göstərilən qayğını xüsusi olaraq vurğulayıb. Mövzu ilə bağlı Cocuq Mərcanlı kənd məktəbinin direktoru Zamin Həziyev və başqaları çıxış edib, keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs ediblər. Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Yanvar, 2018 11:18 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |