|
|
Qarabağ xanlığının tarixindən bəhs edən kataloq nəşr edilibAMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub. Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən məlumatına görə, nəşr Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Xalça Muzeyi tərəfindən hazırlanıb. Kataloqda Qarabağ xanlığı və onun tarixi, Pənahəli xanın göstərişi ilə Şuşa qalasının tikilməsi, eləcə də xanlığın vəziyyəti və orada baş verən hadisələr haqqında məlumat verilir. Bundan əlavə, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialının xilas edilmiş eksponatları haqqında da geniş məlumat diqqətə çatdırılır. Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi zamanı Şuşa filialının 246 eksponatından 183-ü (80 ədəd xovlu xalça, 35 ədəd xovsuz xalça və xalça məmulatı, 29 ədəd bədii tikmə və milli geyim, 39 ədəd zərgərlik məmulatı) təxliyə edilərək muzeyin əsas fonduna təhvil verilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Yanvar, 2018 15:41 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |