|
Ənənəvi İslamın təbliğində dini icmaların rolu müzakirə edilib - FotoBakı Dövlət Universitetinin Qazax filialında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qazax şəhər “Cümə” məscidi dini icmasının “İslam sülh, həmrəylik və qardaşlıq dinidir” layihəsi çərçivəsində “Ənənəvi İslamın təbliğində dini icmaların rolu” mövzusunda tədbir keçirilib. Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə, tədbirdə Qazax şəhər “Cümə” məscidinin imamı, dövlət komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Anar Əliyev, Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşları Pərvin Zeynalov, Ceyhun Rüstəmov, Qazax Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sərdar Orucov, QMİ-nin bölgə qazısı İlham Süleymanov, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qazax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sərdar Orucov ölkəmizdəki tolerant və multikultural mühitdən danışıb. Qeyd edib ki, ölkəmizdə dini etiqad azadlığı qorunur və hər bir insanın öz inanclarını qoruyub saxlaması, dini ayinləri sərbəst yerinə yetirməsi üçün zəruri şərait yaradılıb. DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Anar Əliyev dini icmalar tərəfindən cəmiyyət, xüsusilə gənclər arasında aparılan maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edərək, bu işdə dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin səmərəliliyindən danışıb. Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Ceyhun Rüstəmov Azərbaycanda dövlət-din münasibətindən bəhs edib, bu münasibətlərin bütün dünya dövlətlərinə nümunə ola biləcəyini qeyd edib. Sonra Qazax şəhər “Cümə” məscidinin imamı, QMİ-nin bölgə qazısı İlham Süleymanov, Qazax Rayon Polis Şöbəsinin əməkdaşı Hilal Allahverdiyev və digərləri mövzu ilə bağlı çıxış ediblər. Tədbirin sonunda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub. Bakı Dövlət Universitetinin Qazax filialında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qazax şəhər “Cümə” məscidi dini icmasının “İslam sülh, həmrəylik və qardaşlıq dinidir” layihəsi çərçivəsində “Ənənəvi İslamın təbliğində dini icmaların rolu” mövzusunda tədbir keçirilib. Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə, tədbirdə Qazax şəhər “Cümə” məscidinin imamı, dövlət komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Anar Əliyev, Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşları Pərvin Zeynalov, Ceyhun Rüstəmov, Qazax Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sərdar Orucov, QMİ-nin bölgə qazısı İlham Süleymanov, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qazax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sərdar Orucov ölkəmizdəki tolerant və multikultural mühitdən danışıb. Qeyd edib ki, ölkəmizdə dini etiqad azadlığı qorunur və hər bir insanın öz inanclarını qoruyub saxlaması, dini ayinləri sərbəst yerinə yetirməsi üçün zəruri şərait yaradılıb. DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Anar Əliyev dini icmalar tərəfindən cəmiyyət, xüsusilə gənclər arasında aparılan maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edərək, bu işdə dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin səmərəliliyindən danışıb. Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Ceyhun Rüstəmov Azərbaycanda dövlət-din münasibətindən bəhs edib, bu münasibətlərin bütün dünya dövlətlərinə nümunə ola biləcəyini qeyd edib. Sonra Qazax şəhər “Cümə” məscidinin imamı, QMİ-nin bölgə qazısı İlham Süleymanov, Qazax Rayon Polis Şöbəsinin əməkdaşı Hilal Allahverdiyev və digərləri mövzu ilə bağlı çıxış ediblər. Tədbirin sonunda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Yanvar, 2018 15:10 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |