|
Nikaha daxil olanların müayinəsi üçün məcburi olan xəstəliklərin siyahısının artırılması təklif edilirAzərbaycanda nikaha daxil olmaq istəyənlərlə bağlı müayinəsi zəruri olan xəstəliklərinin sayının artırılması, hepatit B və hepatit C-nin də müayinəsi məcburi olan xəstəliklərin siyahısına daxil edilməsi təklif olunub.
Ahlibeyt.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı hepatit və xərçəng xəstəliklərinin artmasından narahatlığını bildirib, bununla bağlı uzun müddətdir müzakirəsi ləngiyən “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin bu sessiyada müzakirəyə çıxarılmasının vacibliyini qeyd edib.
Deputat Musa Quliyev isə bildirib ki, Ailə Məcəlləsinə dəyişikliklər etmək lazımdır. O qeyd edib ki, nikahdan əvvəl bir necə xəstəlik üzrə məcburi müayinələr həyata keçirilir: “Bunun olduqca gözəl nəticələri var. Təklif edirəm ki, hepatit B və hepatit C-ni də müayinə paketinə daxil etmək üçün Ailə Məcəlləsinə dəyişiklik edək”
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Yanvar, 2018 12:45 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |