إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

20 yanvar şəhidləri öz qanı ilə bizi öz kimliyimizə qaytardı - Hacı Şahin

"Azərbaycan xalqı hər il 20 yanvar günü öz şəhidlərini yad edir. Onların müqəddəs məzarlarını ziyarət edir. Şəhidlik İslam dinində insanın fəth edə biləcək ən ali məqamdı. İslam dini insanı başqaları uğrunda fəda olmağı dəvət edir. Bunu insanın kamiliyinin ən əsas şərti hesab edir".

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu fikirləri SalamNews-a "Məşədi Dadaş" məscdinin axundu, ilahiyyatçı alim Hacı Şahin Həsənli deyib.

İlahiyyatçı bildirib ki, insanın dərdi onun məqamının göstəricisidir: "Deyirlər bir insanın kimliyinin, məqamını dərk etmək üçün onun dərdi ilə tanış olmalısan. Bəs insan nəyin dərdini, qayğısını çəkir ? İnsan bunu bəyan eləsə onun kimliyinin müəyyən etmək asandır. Yəni insan dərdi, qəmi qədər dəyərlidir. Başqalarına yandığı qədər dəyərli və qiymətlidir. Lakin özü və ailəsini üçün yaşayan insanların kamillik zirvəsini fəth eləməsi mümkünsüzdür. İnsan varlıqlar içərisndə ən üstün varlıqdır. İnsan Allahla görüş şərəfinə nail olan bir varlıqdır".

Ş.Həsənli Peyğəmbərdən sitat gətirərək bildirib ki, insanlara ən çox xidmət edən şəxs abid insandır: "Bəndə olmağın yolu insanları sevməkdən keçir. Allah Quranda peyğəmbəri (s) tərif edərək buyurur ki, O sizə qarşı hərisdir, O insanlıq aşiqidir, O insanların dərdini sinəsinə doldurur. Onun ürəyi insanlıq eşqi ilə döyünür. Başqaların dərdinə biganə deyil. İnsanlıq yolunda canından keçməyə hazırdır. Yəni peyğəmbərimiz belə bir şəxsiyyətdir. Allaha gedən yol burdan keçir.

İnsan odur ki, təmannasız bəşəriyyətə xidmət eləməyi bacarsın. Yorulmadan, təşəkkür gözləmdən, xalis şəkildə başqalarına xidmət göstərsin. Belə insanların yaşayışı çox gözəl və şirin olur. Şəhid onlar insanlarda bu yoldan keçir. Şəhid insanlıq aşiqidir. Xalqın millətinin aşiqidir. 20 yanvar şəhidləri də bunun bariz nümunəsidir. 20 yanvar şəhidləri öz qanı ilə biz öz kimliyimizə qaytardı. Məhz elə şəhidlərimiz ən böyük xidməti bu oldu. Biz bu tarixi unutmamalıyıq. Bu şəhadət məktəbinə bizim ehtiyyacımız var. Çünki bizim torpaqlarımız işğal altındadır. Allah daima bayrağımızı uca eləsin.

Hacı Şahin Həsənli 20 faicəsinin il dönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Yanvar, 2018  16:48 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!