|
Hansı saytlara dövlətdən maliyyə ayrılacağı açıqlandı - ŞƏRTLƏR“İnternet medianın dövlət tərəfindən maliyyələşməsi vacibdir. Saytlar da klassik Kütləvi İnformasiya Vasiələri (KİV) kimi dövlət tərəfindən maliyyələşməlidir. Çünki hüquqi baxımdan internet üzərindən yayımlanan xəbər portalları da Kütləvi İnformasiya Vasiələri hesab olunurlar. Eyni zamanda, praktiki baxımdan hazırda ictimai fikir formalaşdırmaq missiyası daha çox xəbər portallarının üzərinə düşür. Beynəlxaql təcrübə də onun göstərir ki, ictimai fikir daha çox xəbər portalları vasitəsilə formalaşır. Belə bir məqamda Azərbaycanda fəaliyyət göstərən həmin portallar dövlət tərəfindən maliyyələşməlidir”. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu sözləri Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Modern.az saytına açıqlamasında deyib.
“Həmin portalların maliyyə imkanları yoxdursa, bu və ya digər mənada özlərinin müstəqilliyini itirə bilərlər. Ayrı-ayrı şəxslər, məmurlar xəbər portalları ilə bağlı daha asan “əməkdaşlıq” edə bilər. Bütün bunlar da həmin şəxslər və məmurlarla bağlı baş verən olayların qeyri-dəqiq formada ölkə ictimaiyyətinə çatdırılmasını təmin etmiş olar. Digər tərəfdən, həmin xəbər saytları Azərbaycanı sevməyən başqa güc mərkəzləri ilə də əlaqədə ola bilər. İndiki şəraitdə əlbəttə ki, bunlar arzuolunmazdır. Bütün bu problemləri aradan qaldırmaq üçün mütləq xəbər portallarını dövlət maliyyələşdirməlidir. Nə zaman ki, onlar reklam vasitəsilə öz müstəqilliklərini təmin edə biləcəklər, ondan sonra həmin xəbər portalları öz gəlirləri hesabına fəaliyyətlərini qura bilər. Mən bir neçə dəfə də parlamentdə bu barədə məsələ qaldırmışam. Məsələ hazırda gündəmdədir”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Yanvar, 2018 15:04 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |