|
DQİDK, Mətbuat Şurası və Məşədi Dadaş məscidi dini icması tərəfindən konfrans keçirilibBu il "İslam Həmrəyliyi İli" çərçivəsində bir çox mühüm tədbirlər keçirilib. Bu çərçivədə Bakıda keçirilən son beynəlxalq konfransda Əlaqələndirmə üzrə Koordinasiya Şurası yaradılması qərara alınıb". Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mətbuat Şurası və Bakı şəhəri Məşədi Dadaş məscidi dini icması tərəfindən təşkil edilən "Söz azadlığı və dini icmalar" mövzusunda konfransda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. M. Qurbanlı deyib ki, Şurada Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, o cümlədən dünyanın müxtəlif ölkələrindən din xadimləri təmsil olunacaq: "Bu çərçivədə "Mədəniyyətlər və dinlərarası dialoq" adlı bir prosesinin əsası qoyulacaq. Dindən sui-istifadə edərək, radikal qruplar yaradılaraq müəyyən bölgələrdə faciələrə gətirib çıxaran hadisələr baş verir. Dünyada dialoqa, əməkdaşlığa ehtiyac var. Xüsusən islamdaxili dialoqa, müzakirələrə ehtiyac var".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Dekabr, 2017 11:48 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |