|
|
Gələn ilin fevral ayından din xadimləri əmək haqqı alacaqlar - Dövlət KomitəsiGələn ilin fevral ayından Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsi ilə məscidlərdə çalışan din xadimləri rəsmən əmək haqqı alacaqlar. Ahlibeyt.az-ın SalamNews-a istinadən məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə bildirib. Onun sözlərinə görə, hazırda bu əmək haqqının məbləği və kimlərə verilməsi məsələsi müzakirə olunur: “Ən əsası odur ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidlərə təyin olunmuş imamlar, naimlər, mütəvəlilər və bu kimi vəzifə daşıyan şəxslər idarənin öz təqdimatı ilə əmək haqqı alacaqlar. Bunun ictimai-siyasi əhəmiyyəti var, bu, lazımdır”. Komitə sədri bildirib ki, bu yaxınlarda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, himayəçilər şurası və eyni zamanda heyəti açıqlanacaq: “Yanvar ayının sonuna bu proses tamamlanacaq. Bundan sonra fondun tam şəkildə fəaliyyəti üçün hüquqi əsas yaranacaq və fonda maliyyə vəsaiti ayrılacaq. Hesab edirəm ki, ən geci din xadimlərinə fevral ayından əmək haqlarının verilməsinə başlanıla bilər”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Dekabr, 2017 13:16 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |