|
|
Ölkəmizdə halal otellər fəaliyyətə başlayacaq - VİDEOMədəniyyət və Turizm Nazirliyi tərəfindən "Halal idarəetmə sistemi-hotellər" adlı dövlət standartı layihəsi hazırlanır. Ahlibeyt.az-ın “Xəzər xəbər”ə istinadən verdiyi xəbərə görə, layihədə halal xidmət təklif edən mehmanxanalara ümumi tələblər qoyulub. Bu tələblərə görə, halal xidmət göstərən mehmanxanalar müştərilərinə təqdimat zamanı verilən öhdəlikləri yerinə yetirilməlidirlər. Qonaqları aldatmağa yönələn reklam, kampaniya, qiymətlərə yol verilməməli, xidmətlərə, qonaqların dini həssaslıqlarına maksimum diqqət göstərilməlidir. Layihənin müəlliflərindən biri, Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərovun sözlərinə görə, sanitariya-gigiyena üzrə tələblərin gözlənilməsi üçün istifadə edilən kimyəvi maddələr və materiallar halal sahədə istifadəyə uyğun olmalıdır. Məhrəm bölgələrdə otaqlar, duş yeri, hovuzlar, masaj salonları, soyunma otaqlarında video və səs qeydi aparılmamalı, kişi və qadınlar üçün ayrıca müəyyən edilən sahələrdə həmcins işçilər xidmət etməlidir. İşçilər müəyyənləşdirilmiş qaydada tibbi baxışlardan keçirilməli və onların fəaliyyəti sanitariya-gigiyena normalarının tələblərinə uyğun olmalıdır. Mehmanxana işçilərinin geyimləri İslam əxlaqına zidd olmamalıdır. Layihəyə əsasən, standartın ilkin yoxlama müddəti 2022-ci il, dövrü yoxlama müddəti isə 5 ildir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Dekabr, 2017 10:00 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |