|
|
Bakıda “İRS. İslam həmrəyliyi incəsənətdə” adlı sərgi açılacaqDekabrın 7-dən 12-dək Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Qalereya 1969”da “İRS. İslam həmrəyliyi incəsənətdə” adlı sərgi açılacaq. Ahlibeyt.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, sərgi ölkəmizdə elan olunmuş “İslam həmrəyliyi İli” çərçivəsində təşkil ediləcək. “Ölkəmiz uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən olub. Bu, Azərbaycan mədəniyyəti və incəsənətində də dərin izlər qoyub. İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi dini memarlığın nümunələri olduğu kimi, Azərbaycan rəssamlarının XX əsrdə yaratdıqları nadir sənət inciləri də İslam mədəniyyətini özündə əks etdirən dünyəvi incəsənətin bariz örnəkləridir. Sovet İttifaqı dövründə və Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı illərdə yaradılan, İslam dini təsəvvürlərini və mədəniyyətini əks etdirən təsviri sənət nümunələri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda xüsusi kolleksiya təşkil edir”, - deyə təşkilatçılar bildirir. Sərgi bu incəsənət əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim olunması, Azərbaycan rəssamlarının yaradıcılığının təbliği məqsədilə keçirilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Dekabr, 2017 15:13 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |