|
DQİDK ilə Gənclər Fondu arasında memorandum imzalanıbNoyabrın 30-da Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə Bakıda “Gənclər və dini icmalar: əməkdaşlıq və inkişaf” mövzusunda konfrans keçirilir. Ahlibeyt.az-ın SalamNews-a istinadən məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda çıxış edərək tarix boyu müxtəlif millətlərin və dinlərin nümayəndələrinin ölkəmizdə mehribanlıq şəraitində yaşamasının Azərbaycan xalqının ən böyük dəyərlərindən və sərvətlərindən biri olduğunu bildirib. O, gənclərimizin multikulturalizm və tolerantlıq mühitində yetişdirilməsinin vacibliyindən danışıb. Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete, “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin sədri Fəxrəddin Həsənzadə, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili və “Asan Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin sədri Bəxtiyar İslamov və digərləri çıxışlarında Azərbaycanda dini müxtəlifliyin tolerant əsaslarının təhlili və qorunub saxlanılması, nümunəvi dini tolerantlıq modeli, eyni zamanda, ölkəmizin əldə etdiyi multikultural nailiyyətlərin gənclər tərəfindən beynəlxalq ictimaiyyət arasında təbliği və s. mövzulardan danışıblar. Tədbir çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Gənclər Fondu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Noyabr, 2017 15:58 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |